Əsas Səhifə > Maraq > Portuqaliya 2022-ci ildə Formula 1 mərhələsinə ev sahibliyi edə bilər
Portuqaliya 2022-ci ildə Formula 1 mərhələsinə ev sahibliyi edə bilər1-03-2022, 16:37 |
![]() Portuqaliya 2022-ci ildə Formula 1 mərhələsinə ev sahibliyi edə bilər. BrendSport.az xarici KİV-ə istinadla xəbər verir ki, Soçidə Formula 1-in sentyabr mərhələsinin əvəzinə Portuqaliya Qran-Prisinin keçirilməsi üçün çempionatın rəhbərliyi ilə danışıqlar aparılır. Formula 1-in Soçidəki mərhələsi İtaliya Qran-Prisindən sonra keçirilməli idi. Komandaların Monzadan Portuqaliyanın Portimao şəhərinə keçməsi nisbətən asan olsa da, çempionat iştirakçılarının Portuqaliyadan Sinqapura getmək məsələsi vəziyyəti çətinləşdirir. Bununla belə, Formula 1 artıq bir neçə gün ərzində Braziliyanın San-Paulu şəhərindən Qətərə və ya Monrealdan Bakıya avadanlıq və yüklərin daşınması kimi qeyri-trivial logistik problemlərin həllində təcrübəyə malikdir. Soçi yarışını əvəz edəcək digər namizədlər arasında Türkiyə və Almaniya Qran-Priləri də var. Qeyd edək ki, Portimaodakı “Alqarve” avdodromu 2020-ci və 2021-ci illərdə Portuqaliya Qran-Prisinə ev sahibliyi etsə də, hazırkı mövsümdə onun üçün təqvimdə yer olmayıb. Geri qayıt |