Əsas Səhifə > Maraq > Sərbəst güləş üzrə Azərbaycan millisi 2022-ci ilə uğurla start verib
Sərbəst güləş üzrə Azərbaycan millisi 2022-ci ilə uğurla start verib21-02-2022, 15:33 |
Bolqarıstanda keçirilən güləş üzrə Dan Kolov-Nikola Petrov beynəlxalq turnirinə yekun vuruldu. BrendSport.az saytı xəbər verir ki, Memorial sərbəst güləşçilərimiz üçün ilin ilk yarışı olub. Belə ki, baş məşqçi Namiq Abdullayev və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında Veliko-Tırnovo şəhərində xalçaya çıxan 12 pəhləvanımızdan 8-i fəxri kürsüyə qalxıb. Cəmi 4 idmançımız medalsız qalıb ki, onların da 3-ü məhz zədələndiyi üçün mübarizəni sonadək davam etdirə bilməyib. Cəbrayıl Hacıyev (74 kq), Abubakr Abakarov (86 kq) və Məhəmmədxan Məhəmmədov (97 kq) yarışın baş mükafatına yiyələniblər. Turan Bayramov (74 kq) gümüş, Əliabbas Rzazadə (57 kq), Orxan Abasov (86 kq), Osman Nurməhəmmədov (92 kq) və Rahid Həmidli (125 kq) bürünc medal qazanıblar. A.Abakarov həm də turnirin ən yaxşı sərbəst güləşçisi mükafatına sahib olub. Beləliklə, komandamız yarışı 3 qızıl, 1 gümüş və 4 bürünc medalla başa vurub. Qeyd edək ki, millimiz üçün növbəti sınaq fevralın 24-27-dək İstanbulda keçiriləcək ilin ilk reytinq turniri olacaq. Türkiyədəki yarışda yığmamızın digər üzvlərinin iştirakı nəzərdə tutulub. Geri qayıt |