Əsas Səhifə > Maraq > "Qarabağ"ın qapıçısının qurtarışı ən yaxşılar arasında yer alıb
"Qarabağ"ın qapıçısının qurtarışı ən yaxşılar arasında yer alıb19-02-2022, 17:27 |
![]() UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunlarından sonra ən yaxşı qapıçı qurtarışları açıqlanıb. BrendSport.az xəbər verir ki, yarışın rəsmi tviter hesabında açıqlanan ilk beşlikdə “Qarabağ”ın qapıçısı Luka Quqeşaşvilinin qurtarışı da yer alıb. Gürcüstanlı futbolçu Fransada "Marsel" klubu ilə görüşdə Pape Qeyenin zərbəsini dəf edib. Siyahıya “Qarabağ”ın hücumçusu İbrahima Vadjinin zərbəsindən sonra komandasını qoldan xilas edən Stiv Mandandanın qurtarışı da düşüb. “Qarabağ” klubu səfərdə “Marsel”ə 1:3 hesabı ilə uduzub. Komandalar arasındakı cavab oyunu fevralın 24-də Bakıda olacaq. Geri qayıt |