Əsas Səhifə > Maraq > Azərbaycan Super Liqasında üçüncü dövrəyə start verilib

Azərbaycan Super Liqasında üçüncü dövrəyə start verilib


19-02-2022, 09:07
Azərbaycan Super Liqasında üçüncü dövrəyə start verilib


Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında üçüncü dövrəyə start verilib.
BrendSport.az xəbər verir ki, yeddinci turun ilk oyununda “Azərreyl” “Murov”u 3:1 (25:19, 25:21, 16:25, 25:21) hesabı ilə məğlub edib.
Digər qarşılaşmada isə “Abşeron” UNEC-ə şans verməyib - 3:0 (25:12, 25:16, 25:19).
Qeyd edək ki, “Abşeron” 21 xalla turnir cədvəlinə başçılıq edir. On bir xala malik “Azərreyl” ikinci, 6 xalı olan "Murov" isə üçüncüdür. Sonuncu olan UNEC-in hesabında 4 xal var.
Geri qayıt