Əsas Səhifə > Maraq > Tomas Bax: BOK idmançılara münasibətdə qanunun aliliyinə riayət edir
Tomas Bax: BOK idmançılara münasibətdə qanunun aliliyinə riayət edir18-02-2022, 11:01 |
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax təşkilatın idmançılara münasibətdə qanunun aliliyi prinsipindən çıxış etdiyini bildirib. BrendSport.az xəbər verir ki, qurumun rəhbəri bu barədə mətbuat konfransında bildirib. O, qeyd edib ki, qanuna əməl etmək üçün obyektiv olmaq lazımdır: "Biz qanunun aliliyinə əməl edirik. Əgər ona əməl ediriksə, o zaman obyektiv olmalıyıq. Pasportundan, mənşəyindən, keçmiş performansından asılı olmayaraq hər kəsə ədalətli davranılmasını təmin etmək istəyiriksə qanuna əməl etməliyik”. Bax həmçinin qeyd edib ki, BOK Ümumdünya Antidopinq Agentliyinə (WADA) etibar edir və idmançılar tərəfindən dopinq qaydalarının pozulması hallarında lazımi tədbirlər görəcək. Geri qayıt |