Əsas Səhifə > Maraq > Xorxe Sampaoli: Bütün futbolçularımız “Qarabağ”la matça hazırdır

Xorxe Sampaoli: Bütün futbolçularımız “Qarabağ”la matça hazırdır


16-02-2022, 19:11
Xorxe Sampaoli: Bütün futbolçularımız “Qarabağ”la matça hazırdır


Rəqibimiz bu turnirdə topa ən çox nəzarət edən komandadır. Bütün futbolçularımız “Qarabağ”la matça hazırdır. Məqsədimiz yeni turnirlə tanış olmaq, hədəfimiz isə qalib gəlməkdir. Konfrans Liqasında və Liqa 1-də nə qədər irəli gedə biləcəyimizi görmək istəyirik. Ən yaxşı oyunçular təkcə sabah deyil, bazar günü "Klermon"a qarşı da oynayacaqlar".
BrendSport.az xəbər verir ki, bunu UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində Ağdamın “Qarabağ” klubunu qəbul edəcək Fransanın "Marsel" komandasının baş məşqçisi Xorxe Sampaoli fevralın 16-da təşkil olunan mətbuat konfransında deyib.
“Bütün tapşırıqları yerinə yetirmək üçün rotasiyalar etməliyik. Futbolçularımız oynamağa hazırdırlar. Biz hamıya eyni dərəcədə diqqət yetiririk. Otuz yeddi yaşlı qapıçı Stiv Mandanda meydana çıxmağa hazırdır. Təcrübəli qolkiper bu gərgin qrafikdə yararlana biləcəyimiz oyunçulardandır”, - deyə 62 yaşlı argentinalı mütəxəssis əlavə edib.
Qeyd edək ki, "Velodrom" stadionunda oynanılacaq “Marsel” – “Qarabağ” qarşılaşması fevralın 17-də Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Geri qayıt