Əsas Səhifə > Maraq > Bolqarıstanda beynəlxalq turnirdə iştirak edəcək güləşçilərimiz müəyyənləşib

Bolqarıstanda beynəlxalq turnirdə iştirak edəcək güləşçilərimiz müəyyənləşib


16-02-2022, 18:36
Bolqarıstanda beynəlxalq turnirdə iştirak edəcək güləşçilərimiz müəyyənləşib


Fevralın 16-da Bolqarıstanın Veliko Tırnovo şəhərində güləş üzrə Dan Kolov - Nikola Petrov xatirə turnirinə start veriləcək.
BrendSport.az Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, fevralın 20-dək davam edəcək ənənəvi yarışda ölkəmizi 13 idmançı təmsil edəcək.
Sərbəst güləşçilərin mübarizəsində baş məşqçi Namiq Abdullayev və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında Əfqan Xaşalov, Əliabbas Rzazadə (hər ikisi 57 kq), İntiqam Vəlizadə (61 kq), Turan Bayramov, Cəbrayıl Hacıyev (hər ikisi 74 kq), Əşrəf Aşırov (79 kq), Orxan Abasov, Abubakr Abakarov (hər ikisi 86 kq), Osman Nurməhəmmədov (92 kq), Məhəmmədxan Məhəmmədov, İslam İlyasov (hər ikisi 97 kq) və Rahid Həmidli (125 kq) qüvvələrini sınayacaqlar.
Qadınların yarışında isə Elis Manolova (65 kq) çıxış edəcək.
Qeyd edək ki, görüşlər Bakı vaxtı ilə saat 12:30-da başlayacaq.
Memorialda I-S kateqoriyalı hakim İntiqam Alıyev ədaləti qoruyacaq.
Geri qayıt