Əsas Səhifə > Maraq > Futbolçu karyerası ərzində ən çox qol vuran müdafiəçilərin adları açıqlanıb

Futbolçu karyerası ərzində ən çox qol vuran müdafiəçilərin adları açıqlanıb


15-02-2022, 11:30
Futbolçu karyerası ərzində ən çox qol vuran müdafiəçilərin adları açıqlanıb


Futbolçu karyerası ərzində ən çox qol vuran müdafiəçilərin adları açıqlanıb.
BrendSport.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıya Niderland millisinin keçmiş futbolçusu Ronald Kuman başçılıq edir. “Barselona”nın sabiq futbolçusu 253 dəfə fərqlənməyə müvəffəq olub.
İkinci yerdə Argentina yığmasının sabiq üzvü Daniel Passarella (175 qol), üçüncü sırada isə ispaniyalı Fernando Yerro (170) yer alıb.
Karyerasını davam etdirən oyunçulardan yalnız biri IFFHS-in siyahısına düşə bilib ki, bu da Fransa PSJ-sində çıxış edən Serxio Ramosdur. O, 128 qolla 4-cü pillədə qərarlaşıb.
Geri qayıt