Əsas Səhifə > Maraq > Azərbaycan kuboku yarışında rekord qeydə alınıb

Azərbaycan kuboku yarışında rekord qeydə alınıb


14-02-2022, 19:20
Azərbaycan kuboku yarışında rekord qeydə alınıb


Futbol üzrə Azərbaycan kuboku yarışında dörddəbir final mərhələsinin ən böyük hesablı qələbəsi qeydə alınıb. “Qarabağ” “Keşlə” ilə səfərdəki cavab oyununda 6:0 hesabı ilə qalib gəlib. Bu, təkcə dörddəbir final deyil, yarımfinal və finalı da saymaqla son üç mərhələnin ən böyük hesabıdır.
BrendSport.az xəbər verir ki, 1992-ci ildən təşkil olunan yarışın bu mərhələsində indiyədək 6 və ya daha çox top fərqi ilə qalib gələn olmamışdı. Bunadək ən böyük hesablı nəticə 5 top fərqi ilə olub. Dörddəbir finalda dörd belə nəticə qeydə alınıb. Yarımfinal və finalı da nəzərə alsaq, həlledici üç mərhələdə ümumilikdə 5 dəfə beş top fərqinə təsadüf olunub.
Lakin “Qarabağ” bu raundlardakı bir matçda ən çox qol vuran komanda olmayıb. 2006/2007-ci il mövsümündə “Neftçi” “Turan”ı dörddəbir finalda 7:2 hesabı ilə yenib. Səfərdə ən çox qol vuran komanda adına şərik çıxan Ağdam təmsilçisinədək “Kəpəz” klubu 1994/1995-ci il mövsümündə Sumqayıtda “Xəzər”i 6:4 hesabı ilə məğlub edib.
Geri qayıt