Əsas Səhifə > Maraq > Badminton üzrə Bakı birinciliyinin ilk qalibləri müəyyənləşib

Badminton üzrə Bakı birinciliyinin ilk qalibləri müəyyənləşib


14-02-2022, 18:41
Badminton üzrə Bakı birinciliyinin ilk qalibləri müəyyənləşib


Bir saylı idman liseyində Azərbaycan Badminton Federasiyası və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə 2012-ci il və daha kiçik (8-10) yaşlı, eləcə də 2010-2011-ci il təvəllüdlü idmançılar arasında paytaxt birinciliyi keçirilir.
Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən BrendSport.az-a bildiriblər ki, ümumilikdə 180-ə yaxın badmintonçunun mübarizə apardığı turnirdə ilk olaraq 2012-ci il və daha kiçik (8-10) yaşlı iştirakçılar arasında 5 kateqoriya üzrə qaliblər müəyyənləşib.
Şəxsi kateqoriyada Məhəmməd Hacızadə və Banu İbrahimli birinci olublar. Qoşa yarışlarda Hüseyn Hacılı - Məhəmməd Hacızadə və Bahar Validarvi – Məryəm Hacılı, qarışıq-qoşada isə Məhəmməd Hacızadə - Banu Validarvi qızıl medala sahib olublar.
Sonda turnirin mükafatçıları diplom və medallarla təltif olunublar.
Qeyd olunub ki, yarışa fevralın 17-də yekun vurulacaq.
Geri qayıt