Əsas Səhifə > Maraq > “Qəbələ”nin baş məşqçisi: Oyunumuzdan razı qaldım
“Qəbələ”nin baş məşqçisi: Oyunumuzdan razı qaldım13-02-2022, 18:24 |
Rəqib ikinci hissədə aqressivləşdi. BrendSport.az xəbər verir ki, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev evdə "Sumqayıt"la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunundan sonra deyib. Qırx iki yaşlı mütəxəssis “gənclik şəhəri” təmsilçisinin yaxşı komanda olduğunu bildirib: “Bizi ağır oyun gözlədiyini bilirdik. Oyunumuzdan razı qaldım. İlk hissədə meydançada istədiyimiz oyunu göstərməyə çalışdıq. Hesab müdafiə olunmağı tələb edirdi. Beş gündən bir oyun keçiririk, ağır qrafikdir. İnanıram ki, qarşıdakı görüşlərdə daha yaxşı futbol sərgiləyəcəyik. Müdafiə olunanda da hücumu düşünürük. "Sumqayıt"ı da dəyərləndirmək lazımdır. Daim təzyiq göstərirdi". E.Baxşıyev yarımfinaldakı rəqibləri olan "Qarabağ"dan da söz açıb: "Onların reklama ehtiyacı yoxdur. Rəqibin gücünü bilirik. Amma komandama inanıram. Onlara qarşı yaxşı oyun göstərə bilərik. Yarımfinaldayıqsa, nəticə baxımından nikbinlik olmalıdır". Geri qayıt |