Əsas Səhifə > Maraq > Bu gün Azərbaycan Super Liqasında ikinci dövrəyə yekun vurulacaq
Bu gün Azərbaycan Super Liqasında ikinci dövrəyə yekun vurulacaq11-02-2022, 10:56 |
Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında ikinci dövrənin sonuncu oyunları keçiriləcək. BrendSport.az xəbər verir ki, altıncı turun ilk qarşılaşması saat 16:00-da “Abşeron” – “Murov” komandaları arasında olacaq. Dövrəyə “Azərreyl” – UNEC görüşü ilə yekun vurulacaq. Oyunun start fiti saat 18:00-da veriləcək. Hər iki görüş Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunacaq. Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlara azarkeşlər buraxılmayacaq. Geri qayıt |