Əsas Səhifə > Maraq > Məşhur argentinalı tennisçi Xuan Martin Del Potro karyerasını başa vurub

Məşhur argentinalı tennisçi Xuan Martin Del Potro karyerasını başa vurub


10-02-2022, 11:09
Məşhur argentinalı tennisçi Xuan Martin Del Potro karyerasını başa vurub

Məşhur argentinalı tennisçi Xuan Martin Del Potro karyerasını başa vurub.
BrendSport.az xəbər verir ki, 2009-cu ildə “US Open” turnirinin qalibi olan 33 yaşlı tennisçi Buenos-Ayresdə keçirilən turnirin ilk mərhələsində həmyerlisi Federiko Delbonisə məğlubiyyətdən sonra belə bir qərar qəbul edib. Görüşdən sonra mətbuat qarşısına çıxan məşhur tennisçi addımını belə izah edib: “Artıq hər şeyə nöqtə qoymaq qərarına gəlmişəm. Bundan sonra vaxtımı dizimdəki problemləri müalicə etməyə ayırmalıyam. Məhz belə etməklə həyatımın növbəti mərhələsində rahat yaşaya bilərəm. Bu gün karyeramda sonuncu oyunumu keçirdim. Hisslərimi ifadə etməkdə çətinlik çəkirəm. Tennisi xoşbəxt şəkildə tərk edirəm”.
Xatırladaq ki, ATP reytinqinin sabiq 3 nömrəli tennisçisi 2019-cu ildən bəri korta çıxmırdı. Dizindəki zədəyə görə argentinalı son iki ildə 4 dəfə cərrahiyyə əməliyyatı olunmasına razılıq vermişdi.
Geri qayıt