Əsas Səhifə > Maraq > Ölkəmizdə yeni kikboksinq klubu yaradılıb
Ölkəmizdə yeni kikboksinq klubu yaradılıb9-02-2022, 19:40 |
![]() Ötən ilin dekabrında koronavirusdan dünyasını dəyişmiş kikboksinq məşqçisi Ceyhun Abbasovun adına klub yaradılıb. Azərbaycan Kikboksinq Federasiyasından BrendSport.az-a bildiriblər ki, fevralın 9-da Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyev yeni yaradılan klubun prezidenti İsmət Ağazadə və məşqçisi Babək Rüstəmov ilə görüşüb, onlara üzvlük sertifikatını təqdim edib. Həmçinin qadın kikboksçu Rumiyyə Vəliyevaya və “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunmuş Qarabağ müharibəsi qazisi Məhəmməd Süleymanova isə məşqçilik sertifikatları verilib. Ceyhun Abbasovun adına yaradılan klub Bakı Olimpiya Stadionunda fəaliyyət göstərəcək. Geri qayıt |