Əsas Səhifə > Maraq > Sahil Babayev Azərbaycan Boks Federasiyasının prezidenti seçilib

Sahil Babayev Azərbaycan Boks Federasiyasının prezidenti seçilib


9-02-2022, 12:03
Sahil Babayev Azərbaycan Boks Federasiyasının prezidenti seçilib


Fevralın 9-da Azərbaycan Boks Federasiyasının (ABF) hesabat-seçki konfransı keçirilib.
BrendSport.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında təşkil olunan tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Gənclər və idman naziri Fərid Qayıbov tədbirdə çıxış edərək konfransın işinə uğurlar arzulayıb.
Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərov federasiyanın son illərdəki fəaliyyəti barədə hesabat məruzəsi ilə çıxış edib.
Daha sonra ABF-in rəhbərliyinə seçkilər keçirilib. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev səsvermə nəticəsində Azərbaycan Boks Federasiyasının yeni prezidenti seçilib.
Məhərrəm Talıbov və Vüsal Nəsirli federasiyanın vitse-prezidentləri, Fuad Hacıyev və Rövşən Hüseynov isə idarə heyətinin üzvü seçiliblər.
Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edib.
Azərbaycan Boks Federasiyasının yeni prezidenti Sahil Babayev çıxış edərək göstərilən etimada görə təşəkkürünü bildirib. O, idmanın bu növünün inkişafı üçün əlindən gələni edəcəyini, bunun üçün mütəxəssislərin rəy və təkliflərinin diqqətə alınacağını vurğulayıb.
Geri qayıt