Əsas Səhifə > Maraq > Cüdoçularımız açıq Avropa kuboku yarışında iştirak edəcəklər
Cüdoçularımız açıq Avropa kuboku yarışında iştirak edəcəklər8-02-2022, 18:57 |
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda cüdo üzrə açıq Avropa kuboku yarışı keçiriləcək. BrendSport.az xəbər verir ki, turnirdə Azərbaycanın 22 təmsilçisinin iştirakı planlaşdırılır. Belə ki, komandamızın heyətində 16 kişi, 6 qadın cüdoçusu yer alacaq. Turnir fevralın 12-də start götürəcək və iki gün davam edəcək. Yarışda iştirak etmək üçün indiyədək 27 ölkədən 362 idmançı qeydiyyatdan keçib. Geri qayıt |