Əsas Səhifə > Maraq > Azərbaycan cüdoçusu “Böyük dəbilqə” turnirinin finalında mübarizə aparacaq
Azərbaycan cüdoçusu “Böyük dəbilqə” turnirinin finalında mübarizə aparacaq6-02-2022, 17:37 |
Parisdə keçirilən “Böyük dəbilqə” turniri davam edir. BrendSport.az xəbər verir ki, Azərbaycan cüdoçusu Uşangi Kokauri (+100 kq) yarımfinalda Cənubi Koreya təmsilçisi Minjonq Kimi məğlub edərək turnirin finalına vəsiqə qazanıb. Xatırladaq ki, Azərbaycan bu gün başa çatacaq yarışda 6 cüdoçu ilə təmsil olunur. Turnirdə 52 ölkədən 285 idmançı iştirak edir. Geri qayıt |