Əsas Səhifə > Maraq > Şahmatçılarımız beynəlxalq turnirdə liderliklərini davam etdirirlər

Şahmatçılarımız beynəlxalq turnirdə liderliklərini davam etdirirlər


2-02-2022, 18:01
Şahmatçılarımız beynəlxalq turnirdə liderliklərini davam etdirirlər


Macarıstanın paytaxtı Budapeştdə beynəlxalq qrosmeyster və usta normalı turnirdə Azərbaycan şahmatçıları uğurlu çıxışlarını davam etdirirlər.
BrendSport.az xəbər verir ki, beynəlxalq qrosmeyster normalı turnirdə şahmatçımız Kənan Qarayev 7 turdan sonra 5 xal, beynəlxalq usta normalı turnirdə isə digər şahmatçımız Azər Mirzəyev 7 turdan 6,5 xal toplayaraq liderliklərini davam etdirirlər. Hər iki turnir dairəvi sistem üzrə keçirilir və 9 turdan ibarətdir.
Yarışlar fevralın 3-dək davam edəcək.
Geri qayıt