Əsas Səhifə > Maraq > Gənclər arasında cüdo üzrə Bakı birinciliyinin ikinci gününün yarışları davam edir
Gənclər arasında cüdo üzrə Bakı birinciliyinin ikinci gününün yarışları davam edir29-01-2022, 14:32 |
Gənclər arasında cüdo üzrə Bakı birinciliyinin ikinci gününün yarışları davam edir. BrendSport.az xəbər verir ki, yanvarın 29-da oğlanlar arasında 52, 55, 81, 90, +100 kiloqram çəki dərəcələrində görüşlər keçirilir. Qızların yarışında isə 52, 63, 70, +78 kiloqram çəki dərəcələrində qarşılaşmaların qalib və mükafatçıları müəyyənləşəcək. Azərbaycan Cüdo Federasiyasının, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən turnirə paytaxtın müxtəlif klublarından, cəmiyyətlərindən və idman təşkilatlarından 170-ə yaxın idmançı qatılıb. Bakı birinciliyinə bu gün yekun vurulacaq. Geri qayıt |