Əsas Səhifə > Maraq > Gənclər arasında cüdo üzrə Bakı birinciliyinə start verilib

Gənclər arasında cüdo üzrə Bakı birinciliyinə start verilib


28-01-2022, 11:56
Gənclər arasında cüdo üzrə Bakı birinciliyinə start verilib


Bu gün Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində gənclər (U-21) arasında cüdo üzrə Bakı birinciliyinə start verilib.
BrendSport.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyası və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışda paytaxtın müxtəlif klublarından, cəmiyyətlərindən və idman təşkilatlarından 180-ə yaxın idmançı medallar uğrunda mübarizə aparır.
İki gün davam edəcək yarışda qızlar 44, 48, 52, 57, 63, 70, 78 +78 kiloqram, oğlanlar isə 55, 60, 66, 73, 81, 90, 100, +100 kiloqram çəki dərəcələrində güclərini sınayacaqlar. Yarışda 2002-2004-cü il təvəllüdlü idmançılar iştirak edirlər.
Yarışın təşkilində əsas məqsəd fevralın 25-27-də keçiriləcək Azərbaycan birinciliyinə namizədlərin seçimi, həmçinin gənclər arasında idman vasitəsi ilə sağlam həyat tərzinin formalaşdırılması, cüdonun kütləviliyinə və təşviqinə nail olmaqdır.
Geri qayıt