Əsas Səhifə > Maraq > Antoni Marsial “Mançester Yunayted”i tərk edir

Antoni Marsial “Mançester Yunayted”i tərk edir


25-01-2022, 18:37
Antoni Marsial “Mançester Yunayted”i tərk edir


“Sevilya” klubu “Mançester Yunayted”in hücumçusu Antoni Marsialı icarəyə götürəcək.
BrendSport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat verib.
Məlumatda qeyd edilir ki, fransalı futbolçu mövsümün ikinci yarısını İspaniya klubunda keçirəcək. “Sevilya” futbolçunun məvacibini tam ödəyəcək. Yaxın vaxtlarda o, İspaniyaya uçacaq.
Qeyd edək ki, 26 yaşlı hücumçu cari mövsüm bütün turnirlərdə 11 oyuna çıxıb və 1 qol vurub.
Geri qayıt