Əsas Səhifə > Maraq > “Ferrari” komandası Fioranoda dördgünlük test yürüşlərinə başlayıb
“Ferrari” komandası Fioranoda dördgünlük test yürüşlərinə başlayıb25-01-2022, 16:48 |
Bu gün “Ferrari” komandası Fioranoda dördgünlük test yürüşlərinə başlayıb. BrendSport.az xarici KİV-ə istinadla xəbər verir ki, komandanın ötən il Formula 1 üzrə dünya çempionatında istifadə etdiyi “SF21” bolidini üç pilot - Karlos Sayns, Çarlz Lekler və “Scuderia”nın sınaq sürücü Robert Şvartsman idarə edəcək. Trasda ilk sınaqlara rusiyalı sürücü - Robert Şvartsman başlayacaq. Daha sonra Çarlz Lekler və Karlos Sayns testlərdən keçəcəklər. “Ferrari” ənənəvi olaraq illərdir ki, Fioranoda sürücüləri və mühəndisləri sınaqdan keçirir. Geri qayıt |