Əsas Səhifə > Maraq > UEFA növbəti dəfə “Qarabağ” klubuna ödəniş edib

UEFA növbəti dəfə “Qarabağ” klubuna ödəniş edib


25-01-2022, 10:22
UEFA növbəti dəfə “Qarabağ” klubuna ödəniş edib


UEFA növbəti dəfə “Qarabağ” futbol klubuna ödəniş edib.
BrendSport.az xəbər verir ki, Ağdam təmsilçisinə UEFA Konfrans Liqasının qrup mərhələsinin son 3 oyununda əldə olunmuş 1 qələbə və 1 heç-heçəyə görə 666 min, turnirin qrup mərhələsini ikinci pillədə başa vuraraq play-offa vəsiqə qazandığı üçün 325 min və əlavə bonus olaraq 187 min 200 avro maliyyə vəsaiti ayrılıb.
Ümumilikdə, 1 milyon 178 min 200 avro AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.
Qeyd edək ki, “Qarabağ” Konfrans Liqasının pley-off mərhələsində Fransanın “Marsel” klubu ilə qarşılaşacaq. Ağdam təmsilçisi “Marsel” ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.
Geri qayıt