Əsas Səhifə > Maraq > "Neftçi", "Qəbələ" və "Zirə" Antalyada sonuncu matçına çıxır
"Neftçi", "Qəbələ" və "Zirə" Antalyada sonuncu matçına çıxır24-01-2022, 10:07 |
Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan Azərbaycanın 3 klubu bu gün sonuncu yoxlama oyununa çıxacaq. BrendSport.az saytı xəbər verir ki, "Neftçi" Polşanın "Qurnik" (Leçna) komandası ilə üz-üzə gələcək. "Zirə" Şimali Makedoniyanın "Breqalnitsa" kollektivi ilə görüşəcək. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da start götürəcək. "Qəbələ" Çexiya “Bohemians"ı ilə münasibətlərinə aydınlıq gətirəcək. Bu matç isə saat 16:30-da başlanacaq. Hazırlıqlarını Bakıda davam etdirən "Keşlə" və "Səbail" komandaları da növbəti dəfə üz-üzə gələcəklər. Yanvarın 18-dəki görüşdə "Keşlə" qələbə qazanıb - 2:0. Qeyd edə ki, "Neftçi" ilk sınağında Macarıstan "Kişvarda"sı ilə 2:2 hesablı heç-heçə edib. Paytaxt təmsilçisinin Polşanın "Visla" (Plotsk) klubu ilə matçında da qalib müəyyənləşməyib - 1:1. Polşa "Zaqlembe"sinə 1:2 hesabı ilə uduzan "Qəbələ" Şimali Makedoniyanın "Borats"ını minimal hesabla yenib - 1:0. "Zirə" ilk yoxlama matçında Macarıstan "Zeç"inə 3:5 hesabı ilə məğlub olubsa, "Qurnik" (Leçna) komandası ilə bərabərə qalıb - 2:2. Geri qayıt |