Əsas Səhifə > Maraq > Gürcüstan - Azərbaycan oyununu fransalı baş hakim Sedrik Pelissier idarə edəcək
Gürcüstan - Azərbaycan oyununu fransalı baş hakim Sedrik Pelissier idarə edəcək21-01-2022, 11:08 |
Futzal üzrə Avropa çempionatının final mərhələsi çərçivəsində yanvarın 22-də Niderlandın Qroningen şəhərindəki “Martini Plaza”da keçiriləcək Gürcüstan - Azərbaycan oyununa təyinatlar açıqlanıb. BrendSport.az Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, matçın baş hakimi fransalı Sedrik Pelissier olacaq. Qeyd edək ki, fevralın 6-dək Niderlandda keçiriləcək Avropa çempionatının final mərhələsində Azərbaycan millisi D qrupunda mübarizə aparacaq. Yığmamız yanvarın 22-də Gürcüstan, dörd gün sonra İspaniya, ayın 29-da isə Bosniya və Herseqovina ilə qarşılaşacaq. Geri qayıt |