Əsas Səhifə > Maraq > “Tata Steel Masters”: Şahmatçımız Şəhriyar Məmmədyarov Niderland təmsilçisi ilə qarşılaşacaq
“Tata Steel Masters”: Şahmatçımız Şəhriyar Məmmədyarov Niderland təmsilçisi ilə qarşılaşacaq19-01-2022, 11:52 |
Bu gün Niderlandın Veyk-an-Zee şəhərində “Tata Steel Masters” şahmat superturnirinin beşinci turunun oyunları keçiriləcək. BrendSport.az xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov beşinci turda niderlandlı Jorden Van Forrest ilə mübarizə aparacaq. Qeyd edək ki, şahmatçımız ötən 4 turdan 2,5 xal toplayaraq 2-6-cı pillələri bölüşür. Turnir cədvəlinə 3 xalla hindistanlı Santoş Vidit başçılıq edir. Dairəvi sistem üzrə keçirilən yarış 13 turdan ibarətdir. Turnirdə 14 şahmatçı iştirak edir. Geri qayıt |