Əsas Səhifə > Maraq > “Everton” klubuna müvəqqəti baş məşqçi təyin olunub

“Everton” klubuna müvəqqəti baş məşqçi təyin olunub


19-01-2022, 11:08
“Everton” klubuna müvəqqəti baş məşqçi təyin olunub


İngiltərənin “Everton” futbol klubuna müvəqqəti baş məşqçi təyin olunub.
BrendSport.az Premyer Liqa təmsilçisinin rəsmi saytına istinadla xəbər verir ki, Rafael Benitesin istefaya göndərilməsindən sonra bu vəzifə Dankan Ferqyusona həvalə edilib.
Şotlandiyalı mütəxəssisə Con Ebbrel və Leyton Beyns kömək edəcəklər. Qapıçılar üzrə məşqçi isə Alan Kelli olacaq.
Ferqyuson ikinci dəfədir komandanın sükanı arxasına keçir. O, daha əvvəl 2019-cu ildə “Everton”a rəhbərlik edib və komandanı 3 oyunda meydana çıxarıb.
Geri qayıt