Əsas Səhifə > Maraq > “Qəbələ” idman klubunun samboçuları Azərbaycan çempionatında 13 medal qazanıblar

“Qəbələ” idman klubunun samboçuları Azərbaycan çempionatında 13 medal qazanıblar


18-01-2022, 11:05
“Qəbələ” idman klubunun samboçuları Azərbaycan çempionatında 13 medal qazanıblar

Yeniyetmələr, gənclər və kişilər arasında sambo üzrə Azərbaycan çempionatı başa çatıb. “Qəbələ” idman klubunun təmsilçiləri yarışda 13 medal qazanıblar.
BrendSport.az kluba istinadla xəbər verir ki, “Qəbələ”nin yeniyetmə samboçuları çempionatda 7 dəfə fəxri kürsüyə qalxıblar. İdmançılardan 3-ü qızıl, 2-si gümüş və 2-si bürünc medala sahib olublar. Fərid Zərbəliyev (53 kq), Musaxan Gülməmmədov (64 kq) və Toğrul İbrahimov (79 kq) bütün rəqiblərinə qalib gələrək çempion adına yiyələniblər. Rəşad Əhmədov (53 kq) və Pünhan Göyüşov (71 kq) yalnız finalda uduzaraq gümüş medalla kifayətləniblər. İbrahim İsayev (64 kq) və Qismət Məmmədzadə (79 kq) bürünc medal qazanıblar.
Gənc samboçular 3 bürünc medal əldə ediblər. Belə ki, Sahib Babayev (58 kq), Mövlan Nadirov (71 kq) və Murad Bəşirov (79 kq) fərqləniblər.
Kişilərin mübarizəsində klubun samboçuları bir gümüş və iki bürünc medala sahib olublar. Kənan Babayev (58 kq) ikinci yeri tutub. Eyvaz Baxşıyev (64 kq) və Elgiz Salayev (71 kq) yarışı üçüncü pillədə başa vurublar.
Geri qayıt