Əsas Səhifə > Maraq > “Sabah” klubu Antalyada ilk yoxlama oyununu keçirib
“Sabah” klubu Antalyada ilk yoxlama oyununu keçirib16-01-2022, 03:12 |
Antalyada təlim-məşq toplanışında olan Bakının “Sabah” klubu ilk yoxlama oyununu keçirib. BrendSport.az xəbər verir ki, Murad Musayevin baş məşqçi olduğu komanda Macarıstanın “Pakş” klubu ilə üz-üzə gəlib. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Bakı təmsilçisinin heyətində Xulio Sezar Rodriges fərqlənib. Qeyd edək ki, “Sabah” növbəti yoxlama oyununu yanvarın 24-də Serbiyanın “Mladost” (Luçani) klubuna qarşı keçirəcək. Geri qayıt |