Əsas Səhifə > Maraq > “Neftçi”nin futbolçusunun çıxış etdiyi Qvineya yığması Afrika Millətlər kuboku yarışlarına qələbə ilə başlayıb

“Neftçi”nin futbolçusunun çıxış etdiyi Qvineya yığması Afrika Millətlər kuboku yarışlarına qələbə ilə başlayıb


11-01-2022, 17:31
“Neftçi”nin futbolçusunun çıxış etdiyi Qvineya yığması Afrika Millətlər kuboku yarışlarına qələbə ilə başlayıb


Bakının “Neftçi” klubunun futbolçusu Mamadu Kanenin çıxış etdiyi Qvineya yığması Afrika Millətlər kuboku yarışlarında ilk oyununu keçirib.
BrendSport.az xəbər verir ki, B qrupunda yer alan komanda birinci turda Malavi seçməsi ilə qarşılaşıb. Matçın taleyini bir qol həll edib. Oyunun 35-ci dəqiqəsində fərqlənən İssiaqa Silla Qvineya millisinə qələbə qazandırıb.
Oyuna start heyətində başlayan Kane sonadək meydanda qalıb.
Bu qrupun digər görüşündə Seneqal yığması Zimbabveyə eyni hesabla qalib gəlib.
Qeyd edək ki, müqavilə ilə Yunanıstanın “Olimpiakos” klubuna məxsus olan Kane “Neftçi”də icarə əsasında çıxış edir.
Geri qayıt