Əsas Səhifə > Maraq > Venesuela millisinin kapitanı İtaliyada klubunu dəyişib
Venesuela millisinin kapitanı İtaliyada klubunu dəyişib10-01-2022, 10:47 |
İtaliyanın “Sampdoriya” klubu heyətinə yeni futbolçu cəlb edib. BrendSport.az xəbər verir ki, Genuya təmsilçisi Venesuela millisinin kapitanı Tomas Rinkonu “Torino”dan icarəyə götürüb. Dayaq yarımmüdafiəçisi mövsümün sonunadək “Sampdoriya”da çıxış edəcək. Qeyd edək ki, futbolçu cari mövsüm bütün turnirlərdə ümumilikdə 10 oyun keçirib. Geri qayıt |