Əsas Səhifə > Maraq > "Yuventus"un baş məşqçisi Massimiliano Alleqri cəzalandırılıb

"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri cəzalandırılıb


8-01-2022, 18:28
"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri cəzalandırılıb


"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri İtaliya çempionatında 1 oyunluq cəzalandırılıb.
BrendSport.az xəbər verir ki, bu barədə “La Gazetta dello Sport” məlumat yayıb. Məlumatda qeyd edilib ki, mütəxəssisin cəzalandırılmasına səbəb "Napoli" ilə oyunda (1:1) hakimi təhqir etməsidir. İtaliyalı məşqçi, həm də 10 min avro cərimə ödəməlidir.
Beləliklə, M.Alleqri "Roma" ilə matçda "Yuventus"a rəhbərlik edə bilməyəcək. Qarşılaşma bazar günü - yanvarın 9-da baş tutacaq.
Geri qayıt