Əsas Səhifə > Maraq > Göygöldə cüdo üzrə “Zəfər kuboku” turniri keçirilib

Göygöldə cüdo üzrə “Zəfər kuboku” turniri keçirilib


6-01-2022, 18:04
Göygöldə cüdo üzrə “Zəfər kuboku” turniri keçirilib


Göygöl Olimpiya İdman Kompleksində 15 yaşadək cüdoçular arasında “Zəfər kuboku” turniri keçirilib.
BrendSport.az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının, Göygöl Olimpiya İdman Kompleksinin təşkilatçılığı və Göygöl Rayon Gənclər və İdman İdarəsinin dəstəyi ilə baş tutan yarışda ölkənin müxtəlif bölgələrindən 14 komandanı təmsil edən 200-dən çox oğlan və qız cüdoçu mübarizə aparıb.
Beynəlxalq Cüdo Federasiyasının standartlarına uyğun keçirilən yarışın qalibləri və mükafatçıları kubok, medal və diplomlarla təltif ediliblər.
Yarış mövcud pandemiya qaydalarına riayət olunmaqla keçirilib.
Geri qayıt