Əsas Səhifə > Maraq > Serbiyalı tennisçi Novak Cokoviç Avstraliya açıq çempionatında iştirak edəcək
Serbiyalı tennisçi Novak Cokoviç Avstraliya açıq çempionatında iştirak edəcək4-01-2022, 17:58 |
Serbiyalı tennisçi Novak Cokoviç Avstraliya açıq çempionatında iştirak edəcək. BrendSport.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, idmançıya peyvənd olunmamaq üçün tibbi icazə verilib. Bundan əvvəl dünya tennisinin bir nömrəsi olan N.Cokoviçin mövsümün ilk “Böyük dəbilqə” yarışını buraxa biləcəyi açıqlanmışdı. Qeyd edilirdi ki, təcrübəli raketka ustasının peyvənddən imtina etməsi onun “Australian Open”də iştirak etməməsinə səbəb ola bilər. Qeyd edək ki, 34 yaşlı tennisçi “Böyük dəbilqə” turnirlərində 20 dəfə qələbə qazanıb. O, 9 dəfə “Australian Open”, 6 dəfə “Uimbldon”, 3 dəfə ABŞ açıq, 2 dəfə “Roland Qarros” turnirinin qalibi olub. Ümumilikdə onun Peşəkar Tennisçilər Assosiasiyasının təşkilatçılığı ilə keçirilən turnirlərdə 86 qələbəsi var. N.Cokoviç həm də Pekin Yay Olimpiya Oyunlarının bürünc mükafatçısıdır. Avstraliya açıq çempionatı yanvarın 17-dən 30-dək keçiriləcək. Geri qayıt |