Əsas Səhifə > Maraq > UEFA "Qarabağ"ın futbolçusunun vurduğu qolu fərqləndirib

UEFA "Qarabağ"ın futbolçusunun vurduğu qolu fərqləndirib


3-01-2022, 16:32
UEFA "Qarabağ"ın futbolçusunun vurduğu qolu fərqləndirib


UEFA Konfrans Liqasının rəsmi tvitter səhifəsində növbəti paylaşım edilib.
BrendSport.az xəbər verir ki, postda turnirin qrup mərhələsində iti bucaq altından vurulmuş 3 qol yayımlanıb.
"Qarabağ"ın futbolçusu Abbas Hüseynovun turnirin qrup mərhələsinin üçüncü turunda Bakıda Qazaxıstan "Kayrat"ına vurduğu qol da bunların sırasında yer alıb.
Müdafiəçinin 90+1-ci dəqiqədəki dəqiq zərbəsi komandasına qələbə qazandırıb. Qarşılaşma "Qarabağ"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
H qrupunu ikinci pillədə başa vuran Ağdam təmsilçisi pley-off mərhələsində Fransanın "Marsel" klubuna rəqib olub. Ağdam klubu ilk oyununu fevralın 17-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək.
Geri qayıt