Əsas Səhifə > Maraq > “Qarabağ” və “Neftçi” ümumdünya reytinq cədvəlində irəliləyib

“Qarabağ” və “Neftçi” ümumdünya reytinq cədvəlində irəliləyib


3-01-2022, 15:11
“Qarabağ” və “Neftçi” ümumdünya reytinq cədvəlində irəliləyib

Futbol klublarının ümumdünya reytinq cədvəli açıqlanıb.
BrendSport.az xəbər verir ki, “Top-500”də Azərbaycan iki klubla təmsil olunub.
Təmsilçilərimiz arasında ən yüksək pillədə “Qarabağ” qərarlaşıb. Qurban Qurbanovun yetirmələri planetin 175-ci komandasıdır. Ağdam klubunun aktivində 1560 xal var.
Azərbaycan Premyer Liqasının vitse-çempionu bir il ərzində böyük sıçrayışa nail olub. “Qarabağ” 44 pilləlik yüksəliş əldə edib.
Ölkə çempionu “Neftçi” də son bir ildə irəliləyib. Bakı təmsilçisi 365-ci sırada qərarlaşıb. Baş məşqçi Samir Abasovun yetirmələrinin aktivində 1471 xal var. Paytaxt klubu 23 pillə irəliləyib.
Qeyd edək ki, siyahıya 2105 xala malik “Bavariya” başçılıq edir.
Geri qayıt