Əsas Səhifə > Maraq > Nərimanov rayonunda gənclər arasında sadə idman növləri üzrə turnir keçirilib
Nərimanov rayonunda gənclər arasında sadə idman növləri üzrə turnir keçirilib26-12-2021, 11:19 |
Nərimanov rayonunda "Sağlam gələcək naminə narkomaniyaya yox deyək, idmanla məşğul olaq!" devizi ilə gənclər arasında sadə idman növləri üzrə turnir keçirilib. BrendSport.az xəbər verir ki, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “888 Boxing” klubunun birgə təşkilatçılığı ilə təşkil edilən turnirin açılış mərasimində əvvəlcə Vətən uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib. Tədbirdə çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, “888 Boxing” klubunun təsisçisi, Əməkdar məşqçi Habil Hümbətov, məşqçilər Emin Babayev və İman Eynullayev tədbir iştirakçılarını qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib, onlara uğurlar arzulayıblar. Qeyd olunub ki, yarışı təşkil etməkdə əsas məqsəd yeniyetmə və gənclərin fiziki və mənəvi sağlamlığında mühüm rol oynayan bədən tərbiyəsi və idmanın kütəviləşdirilməsinə, gənclərin yarışlarda iştirakını təmin etməklə onların zərərli vərdişlərdən, xüsusilə də narkomaniyadan uzaq durmalarına nail olmaqdır. Sonra yarışa start verilib. Yekun nəticəyə görə, 18 yaşadək oğlanlar arasında Elmir Səfərli, 18 yaşdan yuxarı oğlanlar arasında Cabbar Mustafayev qalib olublar. Qızlar arasında birinci yeri isə Elnurə Məmmədova tutub. Sonda qaliblər təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplom, medal, kubok, hədiyyələr və pul mükafatı ilə təltif olunublar. Geri qayıt |