Əsas Səhifə > Maraq > Finlandiya millisinin kapitanı karyerasını bitirib

Finlandiya millisinin kapitanı karyerasını bitirib


25-12-2021, 16:52
Finlandiya millisinin kapitanı karyerasını bitirib


Finlandiya milli komandasının və HIK klubunun futbolçusu Tim Sparv karyerasını bitirib.
BrendSport.az xəbər verir ki, bu barədə 34 yaşlı yarımmüdafiəçi özü açıqlama verib. O, futbolçu karyerasını bitirdiyini bildirib.
Sparv karyerası ərzində İsveçdə “Halmstad”, Niderlandda “Qroningen”, Almaniyada “Qroyter”, Danimarkada “Midtyulland” və Yunanıstanda “AE Larisa” klublarında çıxış edib.
Futbolçu 2021-ci ilin yayından HIK-da çıxış edirdi. Finlandiya millisinin kapitanı olan yarımmüdafiəçi yığmada 84 oyun keçirib.
Geri qayıt