Əsas Səhifə > Maraq > “Təhsil” Respublika İdman Mərkəzinin şahmat üzrə respublika birinciliyi başa çatıb

“Təhsil” Respublika İdman Mərkəzinin şahmat üzrə respublika birinciliyi başa çatıb


23-12-2021, 18:15
“Təhsil” Respublika İdman Mərkəzinin şahmat üzrə respublika birinciliyi başa çatıb


Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Təhsil” Respublika İdman Mərkəzinin şahmat üzrə respublika birinciliyi başa çatıb.
BrendSport.az xəbər verir ki, “Təhsil” Respublika İdman Mərkəzinin 3 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbində təşkil olunan final yarışında altı yaş qrupu üzrə (6, 8, 10, 12, 14, 16 yaşadək) 140 şahmatçı mübarizə aparıb.
Yekun nəticələrə əsasən müxtəlif yaş qruplarında qızlar arasında Mehriban Əhmədli, Əsnad Baxşızadə, Səadət Bəşirli, Lalə Hüseynova, Nərmin Abdinova, Aytac Məmmədova birinci yeri tutublar. Oğlanlar arasında keçirilən yarışlarda isə Atilla Orman, Əkbər Mirzəyev, Xaqan Əhməd, Tunar Davudov, Şahin Vəliyev, Xəzər Babazadə qalib adını qazanıblar.
Final yarışlarında ilk üç yeri tutan şahmatçılar “Təhsil” Respublika İdman Mərkəzi tərəfindən diplom və medallarla təltif olunacaqlar.
Yarışın keçirilməsində məqsəd ulu öndər Heydər Əliyev irsinin şagirdlərə çatdırılması, istedadlı şahmatçıların üzə çıxarılması, onların mərkəzin yaş qrupları üzrə yığma komandalarına cəlb edilməsi və şahmatçılar arasında dostluq əlaqələrinin yaradılmasından ibarətdir.
Geri qayıt