Əsas Səhifə > Maraq > İngiltərə Premyer Liqasında 18-ci turun 5 oyunu təxirə salınıb
İngiltərə Premyer Liqasında 18-ci turun 5 oyunu təxirə salınıb17-12-2021, 11:04 |
Futbol üzrə İngiltərə Premyer Liqasında 18-ci turun 5 oyunu təxirə salınıb. BrendSport.az xəbər verir ki, bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb. Belə ki, “Mançester Yunayted” – “Brayton”, “Sauthempton” – “Brentford”, “Uotford” – “Kristal Pelas”, “Vest Hem” – “Norviç Siti” və “Everton” – “Lester Siti” görüşləri planlaşdırılan vaxtda baş tutmayacaq. Buna komandaların əksərində koronavirusa yoluxma hallarının artması səbəb göstərilib. Bu qarşılaşmalar dekabrın 18-19-da keçirilməli idi. Matçların nə vaxt keçiriləcəyinə koronavirusla bağlı vəziyyət normala döndükdən sonra aydınlıq gələcək. Xatırladaq ki, daha əvvəl Premyer Liqanın 16-cı turunun “Brayton” – “Tottenhem”, 17-ci turunun “Brentford” – “Mançester Yunayted”, “Bernli” – “Uotford”, “Lester Siti” – “Tottenhem” matçları da eyni səbəbə görə təxirə salınıb. Geri qayıt |