Əsas Səhifə > Maraq > Rizvan Fərzəliyev: Avropa çempionatının final mərhələsinə tam hazır yollanmalıyıq

Rizvan Fərzəliyev: Avropa çempionatının final mərhələsinə tam hazır yollanmalıyıq


16-12-2021, 19:01
Rizvan Fərzəliyev: Avropa çempionatının final mərhələsinə tam hazır yollanmalıyıq


Avropa çempionatının final mərhələsinə hazırlıq məqsədi ilə dekabrın 18-də və 19-da Bakıda Ukrayna yığması ilə yoldaşlıq oyununda üz-üzə gələcək futzal üzrə Azərbaycan millisinin dekabrın 16-da mətbuat üçün açıq məşqi keçirilib.
BrendSport.az xəbər verir ki, məşqdən əvvəl millimizin kapitanı Rizvan Fərzəliyev jurnalistlərin suallarını cavablandırıb.
Futzalçı bildirib ki, hazırlığa dekabrın 12-dən başlamışıq. Dünən və bu gün isə gündə 2 dəfə məşq keçirik. Məşqlərdə fiziki hazırlığa yox, taktiki çalışmalara daha çox yer verilir. Əlbəttə, yoldaşlıq oyunu olsa da, Ukrayna ilə matçlarda həm yaxşı nəticə qazanmaq, həm də səhvlərimizi, çatışmazlıqlarımızı görmək istəyirik. Çünki yanvarda da toplanışımız və yoldaşlıq oyunumuz olacaq. Həmin hazırlıq prosesində bu matçlarda ortaya çıxacaq səhvlər üzərində işləyəcəyik.
“Adından da göründüyü kimi, Ukrayna ilə oyunlarımız yoxlama xarakteri daşıyacaq. Lakin reytinq əmsallarına xallar əlavə etmək baxımından qələbə qazanmaq lazımdır. Baş məşqçinin tapşırıqlarından da çox şey asılıdır. Elə etməliyik ki, Avropa çempionatının final mərhələsinə tam hazır yollanaq”, - deyə R.Fərzəliyev əlavə edib.
Vurğulayıb ki, Ukrayna millisi ilə ilk dəfə 2010-cu ildə qarşılaşmışıq. Həmin vaxt final mərhələsinin dörddəbir final matçı idi. Əsas və əlavə vaxt heç-heçə başa çatdığına görə, qalib penaltilər seriyasında müəyyənləşdi. Sonrakı illərdə isə həm rəsmi oyunlarda, həm də turnirlərdə üz-üzə gəldik. Ümumiləşdirsək, bizim üçün uğurlu rəqib deyil. Çox qaçan komandadır. Biz isə texnikalı oyuna üstünlük veririk. Ona görə də oyun çətin keçəcək”.
Geri qayıt