Əsas Səhifə > Maraq > Ölkəmizdə keçiriləcək yarış və turnirlərə təyinat alacaq voleybol hakimlərinin toplantısı keçirilib
Ölkəmizdə keçiriləcək yarış və turnirlərə təyinat alacaq voleybol hakimlərinin toplantısı keçirilib14-12-2021, 17:29 |
Azərbaycan Voleybol Federasiyasında (AVF) 2021-2022-ci illərdə ölkəmizdə keçiriləcək yarış və turnirlərə təyinat alacaq hakimlərin toplantısı keçirilib. BrendSport.az AVF-yə istinadla xəbər verir ki, toplantıda federasiyanın ölkə yarışları üzrə koordinatoru Oqtay Musayev, beynəlxalq dərəcəli hakimlərimiz Eldar Zülfüqarov və Zaur Hacıyev ilk olaraq iştirakçıları salamlayıb və onlara qarşıdakı yarışlarda uğurlar arzu ediblər. Beynəlxalq dərəcəli hakimlərimiz toplantı iştirakçılarına yeni qaydalar haqqında məlumat verib və iclasda iştirak edən hakimləri maraqlandıran sualları cavablandırıblar. Toplantıda 25-ə yaxın hakim iştirak edib. Xatırladaq ki, AVF hər il hakimlərin bilik və bacarıqlarının artırması üçün seminarlar təşkil edir. Yaxın zamanlarda belə seminarlar yenidən təşkil olunacaq. Geri qayıt |