Əsas Səhifə > Maraq > Stolüstü tennisçimiz Rumıniyada keçiriləcək turnirdə iştirak edəcək

Stolüstü tennisçimiz Rumıniyada keçiriləcək turnirdə iştirak edəcək


12-12-2021, 14:07
Stolüstü tennisçimiz Rumıniyada keçiriləcək turnirdə iştirak edəcək

Dekabrın 12-19-da Rumıniyanın Buzau şəhərində stolüstü tennis üzrə “Eurotalents Development Camp U-13 IV" təlim-məşq toplanışı və turnir keçiriləcək.
Azərbaycan Stolüstü Tennis Federasiyasından BrendSport.az-a bildiriblər ki, bu gün yığmanın məşqçisi Ramil Cəfərovun rəhbərliyi millinin üzvü Adil Əhmədzadə turnirdə iştirak etmək üçün Buzauya yola düşüb.
Qeyd edək ki, A.Əhmədzadə bu layihənin əvvəlki mərhələlərində uğurla iştirak edib.
Geri qayıt