Əsas Səhifə > Maraq > Boksçumuz Serbiyada beynəlxalq turnirdə iştirak edəcək

Boksçumuz Serbiyada beynəlxalq turnirdə iştirak edəcək


10-12-2021, 18:45
Boksçumuz Serbiyada beynəlxalq turnirdə iştirak edəcək

Dekabrın 15-də Serbiyanın Loznitsa şəhərində boks üzrə beynəlxalq turnir start götürəcək.
Azərbaycan Boks Federasiyasından BrendSport.az-a bildiriblər ki, yarışda ölkəmiz bir idmançı ilə təmsil olunacaq. Belə ki, millimizin üzvü Mirşərif Kazımzadə 75 kiloqram çəki dərəcəsində mübarizə aparacaq.
Qeyd edək ki, yarışda püşkatma mərasimi dekabrın 14-də olacaq.
Geri qayıt