Əsas Səhifə > Maraq > UEFA Avropa Liqasının qrup mərhələsinə yekun vurulub
UEFA Avropa Liqasının qrup mərhələsinə yekun vurulub10-12-2021, 11:58 |
Dekabrın 9-da futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinin sonuncu – 6-cı turunun oyunlarına start verilib. BrendSport.az xəbər verir ki, 8 qrupda keçirilən 16 qarşılaşma ilə 2021-2022-ci illər mövsümünün qrup mərhələsinə yekun vurulub. Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın “Legiya” klubu C qrupundakı son sınağında Rusiyanın “Spartak Moskva” klubunu qəbul edib. Rəqibi ilə heç-heçə edən və minimal hesabla uduzan Varşava təmsilçisi qrupda sonuncu pilləni tutaraq avrokuboklarla vidalaşıb. Meydana start heyətində çıxan Emreli 72-ci dəqiqədə Tomaş Pexartla əvəzlənib. Qrupun digər görüşündə İngiltərənin "Lester Siti” klubu İtaliyada “Napoli”yə uduzub - 3:0. Bu nəticələrdən sonra "Spartak" qrup lideri kimi səkkizdəbir finala, “Napoli” isə pley-offa adlayıb. “Lester” isə UEFA Konfrans Liqasının pley-offunda mübarizəni davam etdirəcək. Türkiyənin turnirdəki təmsilçilərindən “Fənərbağça” D qrupunda evdə Almaniyanin “Frankfurt” komandası ilə üz-üzə gəlib. İstanbul təmsilçisi özü üçün formal xarakter daşıyan görüşdə heç-heçəyə razılaşıb - 1:1. Günün bütün görüşlərində aşağıdakı hesablar qeydə alınıb: A qrupu “Sparta Praqa” (Çexiya) – “Bröndbü” (Danimarka) - 2:0; “Lion” (Fransa) – “Qlazqo Reyncers” (Şotlandiya) - 1:1. Qrupdakı vəziyyət: “Lion” - 16, “Qlazqo Reyncers” - 8, “Sparta Praqa” - 7, “Bröndbü” – 2. B qrupu “Şturm Qrats” (Avstriya) – “Monako” (Fransa) - 1:1; “Real Sosyedad” (İspaniya) - PSV (Eyndhoven, Niderland) - 3:0. Qrupdakı vəziyyət: “Monako” - 12, “Real Sosyedad” - 9, PSV - 8, “Şturm Qrats” - 2. C qrupu “Legiya” (Polşa) – “Spartak Moskva” (Rusiya) - 0:1; “Napoli” (İtaliya) – “Lester Siti” (İngiltərə) - 3:2. Qrupdakı vəziyyət: “Napoli” - 10, “Spartak Moskva” - 10, “Lester Siti” - 8, “Legiya” - 6. D qrupu “Antverpen” (Belçika) – “Olimpiakos” (Yunanıstan) - 1:0; “Fənərbağça” (Türkiyə) – “Ayntraxt” (Frankfurt, Almaniya) - 1:1. Qrupdakı vəziyyət: “Ayntraxt” - 12, “Olimpiakos” - 9, “Fənərbağça” - 5, “Antverpen” - 5. E qrupu “Marsel” (Fransa) – “Lokomotiv” (Moskva, Rusiya) - 1:0; “Latsio” (İtaliya) – “Qalatasaray” (Türkiyə) - 0:0. Qrupdakı vəziyyət: “Qalatasaray” - 12, “Latsio” - 9, “Marsel” - 7, “Lokomotiv” - 2. F qrupu “Braqa” (Portuqaliya) – “Srvena Zvezda” (Belqrad, Serbiya) - 1:1; “Lüdoqorets” (Razqrad, Bolqarıstan) – “Midtüllan” (Danimarka) - 0:0. Qrupdakı vəziyyət: “Srvena Zvezda” - 10, “Braqa” - 10, “Midtüllan” - 9, “Lüdoqorets” - 2. G qrupu “Ferentsvaroş” (Macarıstan) – “Bayer Leverkuzen” (Almaniya) - 1:0; “Seltik” (Şotlandiya) – “Betis” (İspaniya) - 3:2. Qrupdakı vəziyyət: “Bayer Leverkuzen” - 13, “Betis” - 10, “Seltik” - 9, “Ferentsvaroş” - 3. H qrupu “Vest Hem Yunayted” (İngiltərə) – “Dinamo Zaqreb” (Xorvatiya) - 0:1; “Genk” (Belçika) – “Rapid Vyana” (Avstriya) - 0:1. Qrupdakı vəziyyət: “Vest Hem Yunayted” - 13, “Dinamo Zaqreb” - 10, “Genk” - 5, “Rapid” - 4. Geri qayıt |