Əsas Səhifə > Maraq > Ronaldu cari mövsümün sonunda “Real Madrid”dən ayrılacaq

Ronaldu cari mövsümün sonunda “Real Madrid”dən ayrılacaq


14-11-2017, 14:22



“Real Madrid” futbol klubunun hücumçusu Kriştianu Ronaldu cari mövsümün sonunda komandanı tərk edəcək.

Forvard qərarını klubun prezidenti Florentino Peresə də bildirib.

Ancaq klub rəhbərliyi portuqaliyalı futbolçunun gələn ilin iyununda komandadan ayrılmasına razı deyil.

Forvard Madrid klubunun ona təklif etdiyi yeni müqavilədən də imtina edib.

Ronaldu “Real Madrid”in PSJ-dən Kiliana Mbappe və digər məşhur hücumları heyətinə qatmağa cəhd etməsini, özünə hörmətsizlik kimi qəbul edir.

Azərtac.az
Geri qayıt