Əsas Səhifə > Maraq > “Barkom-Kajani” – ACH voleybol oyununu azərbaycanlı hakim idarə edəcək

“Barkom-Kajani” – ACH voleybol oyununu azərbaycanlı hakim idarə edəcək


8-12-2021, 14:55
“Barkom-Kajani” – ACH voleybol oyununu azərbaycanlı hakim idarə edəcək

Beynəlxalq dərəcəli hakim Fikrət Axundov kişi voleybolçulardan ibarət Çağırış kuboku yarışlarına təyinat alıb.
BrendSport.az xəbər verir ki, o, turnirin 1/16 final mərhələsinin cavab oyunları çərçivəsində “Barkom-Kajani” (Ukrayna) və ACH (Slovakiya) klubları arasında keçiriləcək görüşdə əsas hakim funksiyasını yerinə yetirəcək. Matçın ikinci hakimi belaruslu Vladimir Kukaşinov olacaq.
Görüş dekabrın 8-də Ukraynanın Lvov şəhərində keçiriləcək.
Komandalar arasında Sloveniyada təşkil olunan ilk oyunda ACH klubu 3:0 hesabı ilə qalib gəlib.
Geri qayıt