Əsas Səhifə > Maraq > Polşa klubu “Qarabağ”ın sabiq futbolçusu ilə yollarını ayırıb

Polşa klubu “Qarabağ”ın sabiq futbolçusu ilə yollarını ayırıb


3-12-2021, 18:50
Polşa klubu “Qarabağ”ın sabiq futbolçusu ilə yollarını ayırıb


Polşanın “Yagelloniya” klubu futbolçusu Dani Kintana ilə yollarını ayırıb.
BrendSport.az xəbər verir ki, bu barədə Ekstraklasa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. İspaniyalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Kintana “Yagelloniya”ya bu ilin yayında transfer olub. Otuz dörd yaşlı futbolçu zədə səbəbindən Polşa təmsilçisinin heyətində cəmi 3 oyunda meydana çıxıb.
Dani 2015-2020-ci illər aralığında “Qarabağ”ın uğurları üçün çalışıb.
Geri qayıt