Əsas Səhifə > Maraq > Bakıda keçirilən dünya yaş qrupları yarışlarının sonuncu günündə daha səkkiz dəst medalın sahibləri müəyyənləşəcək
Bakıda keçirilən dünya yaş qrupları yarışlarının sonuncu günündə daha səkkiz dəst medalın sahibləri müəyyənləşəcək28-11-2021, 13:31 |
Bakıda keçirilən batut gimnastikası üzrə 28-ci dünya yaş qrupları yarışlarının sonuncu günündə - noyabrın 28-də daha 8 dəst medalın sahibləri məlum olacaq. BrendSport.az xəbər verir ki, turnirin sonuncu günündə 11-12 yaş qrupunda qızlar və oğlanlar arasında batut gimnastikası, 15-16 yaş kateqoriyasında isə ikili minibatut yarışlarında qaliblər müəyyənləşəcək. Qızlar və oğlanlar arasında 13-14 yaş qrupunda tamblinqdə, 17-21 yaşlı gimnastların mübarizəsində isə batut üzərində sinxron tullanış yarışlarında mükafatçılar bəlli olacaq. Xatırladaq ki, yarışın birinci günündə batutçumuz Maqsud Maqsudov 13-14 yaş kateqoriyasında bütün rəqiblərinə qalib gələrək turnirin qızıl medalını qazanıb. Milli Gimnastika Arenasında keçirilən yarışda 32 ölkədən 621 idmançı mübarizə aparır. Geri qayıt |