Əsas Səhifə > Maraq > Azərbaycan komandası “Böyük dəbilqə” turnirinin ikinci yarış gününü 2 bürünc medalla başa vurub

Azərbaycan komandası “Böyük dəbilqə” turnirinin ikinci yarış gününü 2 bürünc medalla başa vurub


6-11-2021, 20:39
Azərbaycan komandası “Böyük dəbilqə” turnirinin ikinci yarış gününü 2 bürünc medalla başa vurub


Bakıda cüdo üzrə keçirilən "Böyük dəbilqə" turnirinin ikinci yarış gününü Azərbaycan cüdoçuları 2 bürünc medalla başa vurublar.
BrendSport.az xəbər verir ki, medalları komandamızın aktivinə Hidayət Heydərov və Elcan Hacıyev yazdırıblar. Belə ki, ilk qarşılaşmasında almaniyalı Mixael Adamı məğlub etsə də, dörddəbir finalda rusiyalı Mahmadbek Mahmadbekova uduzan Hidayət Heydərov (73 kq) təsəlliverici görüşdə qırğızıstanlı Ertut Turdubayevi məğlub edib. Cüdoçumuz bürünc medal görüşündə Almaniyanın digər təmsilçisi Lukas Vennekoldanı da mübarizədən kənarlaşdıraraq üçüncü yeri tutub.
Digər bürünc medalı 81 kiloqram çəki dərəcəsində çıxış edən Elcan Hacıyev qazanıb. Belə ki, ilk qarşılaşmasında yaponiyalı Yomişiçi Kamoçini məğlub etsə də, dörddəbir finalda türkiyəli Vedat Albayraka uduzan cüdoçumuz təsəlliverici görüşdə macarıstanlı Atilla Unqvarini məğlub edib. Bürünc medal uğrunda komanda yoldaşı Hasil Cəfərovla qarşılaşan E.Hacıyev rəqibinə vazari xalı ilə qalib gələrək üçüncü yeri tutub.
Qeyd edək ki, turnirin birinci günündə təmsilçilərimiz Orxan Səfərov (66 kq) qızıl, İçinxorloo Muntsxedev (57 kq) gümüş, Rövşən Əliyev (60 kq) bürünc medal qazanıblar.
Beləliklə, 1 qızıl, 1 gümüş, 3 bürünc medal qazanan Azərbaycan komandası aktivində 3 qızıl, 1 gümüş, 3 bürünc medal olan Yaponiya yığmasından sonra ikinci pillədə qərarlaşıb.
Heydər Əliyev adına İdman Kompleksində təşkil olunan “Böyük dəbilqə” turnirinə noyabrın 7-də yekun vurulacaq. İyirmi doqquz ölkədən 200-ə yaxın cüdoçunun iştirak etdiyi mötəbər yarışda Azərbaycan geniş heyətlə - 33 cüdoçu ilə təmsil olunur.
Geri qayıt